​Ukraynada azərbaycanlı ailə qəzaya uğrayıb, ər və arvad ölüb - FOTO

​Ukraynada azərbaycanlı ailə qəzaya uğrayıb, ər və arvad ölüb - FOTO Onların maşında olan 3 övladı sağ qalıb
Hadisə
11 Avqust , 2016 23:14
​Ukraynada azərbaycanlı ailə qəzaya uğrayıb, ər və arvad ölüb - FOTO

Bakı. 11 avqust. REPORT.AZ/ Ukraynanın Kiyev-Çop avtomobil yolunun Naqornoe kəndi ərazisində (Zakarpatye) turist avtobusu ilə BMW markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində həyatlarını itirənlər Azərbaycandan olan ər və arvaddır.

Onların maşında olan 3 övladı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtobus Lvovdan Mukaçevo istiqamətində hərəkət edib. BMW-nin sürücüsü ötmə əməliyyatı edib və qarşı zolaqda avtobusla qarşı-qarşıya toqquşub. Zərbənin gücündən minik maşını yol kənarındakı maneəyə çırpılıb və yanmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi