Ukraynada azərbaycanlı 5 il müddətinə azadlıqdan məhrum edilib

Ukraynada azərbaycanlı 5 il müddətinə azadlıqdan məhrum edilib O, məhkəmə binasından oğurluq etməyə təhrikdə ittiham olunur
Hadisə
4 May , 2015 08:23
Ukraynada azərbaycanlı 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 4 may. REPORT.AZ/ Xarkov məhkəməsi yeniyetməni məhkəmə binasına daxil olmaq və oradan cinayət işi materiallarını oğurlamağa təhrik etməkdə ittiham olunan azərbaycanlını beş il müddətinə azadlıqdan məhrum edib.

"Report" xəbər verir ki, bu barədə Xarkov şəhərinin Kominternovsk rayon məhkəməsinin məlumatında bildirilir.

Xatırladaq ki, insident 4 fevral 2014-cü il tarixində baş verib.

Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, fevralın 5-nə keçən gecə məhkəmə binasında siqnalizasiyanın işə düşməsi barədə mərkəziləşdirilmiş müşahidə pultuna məlumat daxil olub.

Hüquq-mühafizə orqanları hadisə yerində birinci mərtəbənin dəmir çərçivəsinin qırıldığını və pəncərənin açıq olduğunu aşkar ediblər. Müəssisəyə baxış zamanı milis əməkdaşları cinayət işləri otağından sənəd oğurlamaq istəyən gənc oğlanı yaxalayıblar. Yeniyetmə hadisə yerinə tək gəlmədiyini və əlbir olduğu yoldaşının onu yaxınlıqda gözlədiyini etiraf edib.

Müttəhim öz günahını etiraf edib.

Son xəbərlər

Orphus sistemi