Ukraynada azərbaycanlı merin qətlində şübhəli bilinən 4 şəxs saxlanılıb

Ukraynada azərbaycanlı merin qətlində şübhəli bilinən 4 şəxs saxlanılıb İstintaq hərəkətləri davam etdirilir
Hadisə
2 Sentyabr , 2014 18:12
Ukraynada azərbaycanlı merin qətlində şübhəli bilinən 4 şəxs saxlanılıb
Bakı. 2 sentyabr. REPORT.AZ/ Ukraynada Kremençuk şəhərinin meri, azərbaycanlı Oleq Babayevin qətlində şübhəli bilinən 4 şəxs saxlanılıb. Bu barədə Report UNİAN-a istinadən xəbər verib.

Ukraynanın daxili işlər nazirinin müavinini, Baş İstintaq İdarəsinin rəisi Vitali Sakalın sözlərinə görə, istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri və  gizli istintaq hərəkətlərinin keçirilməsi zamanı O.Babayevin qətlində şübhəli bilinən 4 nəfər müəyyən edilib və saxlanılıb. Onlardan ən gəncinin 22 yaşı var.

İstintaq hərəkətləri davam etdirilir. 

Kremençuk şəhərinin meri, əslən Azərbanycanın Şəmkir rayonundan olan Oleq Babayev iyul ayının 26-da qətlə yetirilib. Naməlum şəxslər ona VAZ 2108 markalı ağ avtomobildən atəş açıblar. 

Son xəbərlər

Orphus sistemi