Ukraynada 2 il əvvəl itkin düşən azərbaycanlı biznesmen tapılıb

Ukraynada 2 il əvvəl itkin düşən azərbaycanlı biznesmen tapılıb Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukraynanın Luqansk vilayətində 2 il əvvəl itkin düşən azərbaycanlı iş adamı tapılıb.
Hadisə
24 Oktyabr , 2018 13:50
Ukraynada 2 il əvvəl itkin düşən azərbaycanlı biznesmen tapılıb
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukraynanın Luqansk vilayətində 2 il əvvəl itkin düşən azərbaycanlı iş adamı tapılıb. 

“Report”un əldə etdiyi məlumata görə, 2016-cı ildə Melovskiy rayonu ərazisində itkin düşən, əslən Azərbaycanın Tovuz rayonundan olan, 1977-ci il təvəllüdlü Quliyev Alı Tayfur oğlu Donetsk şəhəri ətrafında sərbəst buraxılıb. 

Onun bu müddət ərzində özünü tanınmayan “Luqansk Xalq Respublikası”na bağlı olduğunu bildirən silahlı dəstə tərəfindən girov saxlanıldığı bildirilir. A.Quliyev hazırda Donetsk şəhərindədir. 

Azərbaycanlı iş adamı kənt təsərrüfatı biznesi ilə məşğul olub.

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi