​Ukraynada 54 yaşlı azərbaycanlı ağır yol qəzası nəticəsində dünyasını dəyişib

​Ukraynada 54 yaşlı azərbaycanlı ağır yol qəzası nəticəsində dünyasını dəyişib Qəza Kipti-Qluxov-Baçevsk avtomobil yolunun 127 kilometrliyində qeydə alınıb
Hadisə
1332
4 Yanvar , 2015 08:36
​Ukraynada 54 yaşlı azərbaycanlı ağır yol qəzası nəticəsində dünyasını dəyişib
Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 2-də səhər saat 8 radələrində Ukraynanın Baturin şəhəri yaxınlığında, Kipti-Qluxov-Baçevsk avtomobil yolunun 127 kilometrliyində "Fredlayner" markalı yük maşını ilə BMW markalı minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin Rumıniya vətəndaşı olan sürücüsü, həmçinin 54 yaşlı azərbaycanlı və Moldova vətəndaşı olan sərnişinləri hadisə yerində keçiniblər.

Qəza yerinə gələn Baturin şəhər yanğın-xilasetmə bölməsinin əməkdaşları qəza nəticəsində avtomobildə sıxılıb qalmış cəsədləri çıxarmaq üçün xüsusi avadanlıqlardan istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi