Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən azərbaycanlılara bəraət verilib

Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən azərbaycanlılara bəraət verilib Məhkəmə iclası başa çatıb
Hadisə
19 Sentyabr , 2017 12:43
Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən azərbaycanlılara bəraət verilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev, Ədalət Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər Ukrayna vətəndaşı Viktor Poroşenkonu Azərbaycanda istismar etməkdə təqsirli biliniblər. Onlar həmin şəxsi Bakıda bağ evində saxlayıb, istismar ediblər.

İstintaq dövründə N.Cahangirov, M.Əliyev, A.Əliyev və Ə.Əliyevin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 144-2.2.6-cı (insan alveri, qabaqcadan mütəşəkkil dəstə tərkibində) maddəsi ilə ittiham olunublar.

Xatırladaq ki, bu iş üzrə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xarici vətəndaşın əməyinin istismar olunması faktı 2016-cı ilin aprelində Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkara çıxarılıb.

17 il əvvəl Azərbaycana gəlmiş Dnepropetrovsk vilayətinin vətəndaşını Abşeron rayonu, Bilgəh qəsəbəsindəki "Lahıc bağları" massivi ərazisində yerləşən xüsusi fermer təsərrüfatında tapılıb. Polislər onu taparkən bərbad vəziyyətdə olub: arıqlayıb, danışa, baş verənləri ifadə edə bilməyib və dəhşətli dərəcədə üfunət iyi verirmiş. Onun müalicəyə ehtiyacı var imiş.

Cinayət işinin materiallarına əsasən, kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. Onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada heyvanlara (donuzlara) baxmağa məcbur ediblər.

Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Onun asılı vəziyyətindən istifadə edən sahibkarlar onu istismar etmək üçün əldən-ələ veriblər.

2012-ci ildə Ukraynada onu xəbərsiz itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. 

Son xəbərlər

Orphus sistemi