Yuxarı
    Bağlamaq

    Ukrayna səfirliyi Azərbaycanda qanunsuz işləmək məcburiyyətində qalan vətəndaşı ilə bağlı məsələni nəzarətdə saxlayır

    Hazırda Ukrayna vətəndaşı Azərbaycanda insan alveri qurbanları üçün dövlət sığınacağındadır

    Bakı. 31 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həqiqətən iradəsinin əleyhinə qanunsuz şəkildə işləməyə məcbur edilən Ukrayna vətəndaşının işinə baxılır. 

    Bu barədə "Report"a Ukraynanın Bakıdakı səfirliyindən bildiriblər.

    "O, Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən rəsmən insan alverinin qurbanı kimi qəbul edilib. Ukraynanın Azərbaycandakı səfirliyinin konsulu iş üzrə bütün dinləmələrdə iştirak edir və bizə məlumdur ki, o, üç il ərzində qul əməyinə məcbur edilib", - diplomatik orqanın mətbuat xidmətindən vurğulayıblar.

    Agentliyin müsahibi hazırda bu iş üzrə məhkəmə prosesinin getdiyini, prokurorluq orqanlarının təqsirləndirilən 4 qrup üzvünün hamısına 9 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilməsini tələb etdiyini bildirib.

    Onun sözlərinə görə, hazırda zərərçəkmiş Ukrayna vətəndaşı Azərbaycanda insan alveri qurbanları üçün dövlət sığınacağındadır və Azərbaycan dövləti tərəfindən zəruri tibbi və psixoloji qayğı ilə tam təmin olunub.

    "Azərbaycan tərəfi vəkil və tərcüməçi təmin edib. Ukrayna vətəndaşı özünü qənaətbəxş hiss edir" - səfirliyin mətbuat xidmətindən məlumat verilib.

    Agentliyin həmsöhbəti Ukraynanın Azərbaycandakı səfirliyinin dövlət vəsaiti hesabına Ukrayna vətəndaşına pasport sənədi hazırladığını və onun Ukraynaya göndərilməsinə hazırlaşdıqlarını bildirib.

    "Onun göndərilməsinin vaxtı məhkəmə prosesindən, eləcə də Ukrayna tərəfinin ölkədə insan alverinə qarşı mübarizə üzrə milli koordinator olan Ukrayna Sosial Siyasətlər Nazirliyinin qismində qeyd olunan vətəndaşı qəbul etməyə hazır olmasını təsdiq etməsindən asılıdır", - o əlavə edib.

    Mətbuat xidmətindən vurğulayıblar ki, bu iş Ukrayna səfirliyinin və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyinin xüsusi nəzarəti altındadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi