​Ukrayna-Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanılıb

​Ukrayna-Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanılıb O, qanunsuz olaraq Rusiya ərazisinə keçməyə cəhd göstərib
Hadisə
25 Oktyabr , 2015 14:50
​Ukrayna-Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ukraynanın Xarkov sərhəd dəstəsinin əməkdaşları Rusiyaya gedən yolda dövlət sərhədlərini qanunsuz olaraq keçməyə cəhd göstərən avtomobili saxlayıblar. Avtomobildə Azərbaycan vətəndaşı da olub.

"Report" xəbər verir ki, bu barədə sözügedən sərhəd dəstəsinə istinadən "Ukrinform" məlumat yayıb.

"Gecə Qotişe kəndi yaxınlığında, "Volçansk" şöbəsinin məntəqəsində Rusiya ilə sərhəd istiqamətində hərəkət edən "VAZ" markalı avtomobil aşkar edilib. Maşını Ukrayna vətəndaşı idarə edib. Avtomobildə, həmçinin iki özbək və bir Azərbaycan vətəndaşı olub", - deyə məlumatda qeyd edilib.

Sürücü bildirib ki, əcnəbiləri naməlum şəxsin təklif etdiyi 5 min Rusiya rublu müqabilində sərhəd xəttinə qədər aparmağa razılıq verib.

Son xəbərlər

Orphus sistemi