Ukrayna prezidenti Konstitusiya Günündə keçirilən tədbirə azərbaycanlıları dəvət edib

Ukrayna prezidenti Konstitusiya Günündə keçirilən tədbirə azərbaycanlıları dəvət edib Bakı. 28 iyun. REPORT.AZ/ Ukraynanın prezidenti Pyotr Poroşenko Konstitusiya Günü ilə bağlı Kiyevdə ölkənin tarixi şəxsiyyəti, orta əsrlərdə ilk dəfə ölkə Konstitusiyasını tərtib edən Pilip Orlikin abidəsi önündə təşkil etdiyi mərasimə azərbaycanlıları da dəvət edib.
Hadisə
28 İyun , 2018 16:32
Ukrayna prezidenti Konstitusiya Günündə keçirilən tədbirə azərbaycanlıları dəvət edib
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Ukraynanın prezidenti Pyotr Poroşenko Konstitusiya Günü ilə bağlı Kiyevdə ölkənin tarixi şəxsiyyəti, orta əsrlərdə ilk dəfə ölkə Konstitusiyasını tərtib edən Pilip Orlikin abidəsi önündə təşkil etdiyi mərasimə azərbaycanlıları da dəvət edib. 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, konqres sədri və Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyevin də dəvət aldığı tədbirdə müxtəlif millətlərin nümayəndələri, dövlət, hökumət və parlament rəsmiləri də iştirak edib. 

Çıxışı zamanı P.Poroşenko Ukraynanın millətindən asılı olmayaraq bütün vətəndaşların vahid vətəni olduğunu, Konstitusiyasının hər kəsə bərabər və yüksək standartlara malik hüquq verdiyini xatırladıb.

Prezident qeyd edib ki, 1710-cu ildə Pilip Orlikin tərtib etdiyi Ukraynanın ilk Konstitusiyası dünyanın ilk demokratik ali qanunverici sənədidir: “Eyni zamanda hazırda parlamentə Konstitusiya ilə bağlı təklif edilən dəyişikliklərdə demokratik prinsiplər daha da təkmilləşdirilir, Ukraynanın Avrozonaya istiqaməti möhkəm formada dəyişilməz qalır”. 

O, ölkə vətəndaşı olan etnik xalqların da Ukraynanın suverenliyi uğrunda fəaliyyətini təqdir edib. Mərasim müxtəlif çıxışlarla davam edib.

Qeyd edək ki, 28 iyun Ukraynada Konstitusiya Günüdür.

Son xəbərlər

Orphus sistemi