Ukrayna Milli Qvardiyası Azərbaycan səfirliyinə "hücum"un qarşısını alıb - VİDEO

Ukrayna Milli Qvardiyası Azərbaycan səfirliyinə "hücum"un qarşısını alıb - VİDEO Təqribən 50 nəfər səfirlik qarşısında şərti piket keçirib
Hadisə
28 Aprel , 2016 04:20
Ukrayna Milli Qvardiyası Azərbaycan səfirliyinə hücumun qarşısını alıb - VİDEO

Bakı. 28 aprel. REPORT.AZ/ Kiyevin Qluboçitskaya küçəsində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Ukrayna Milli Qvardiyasının 22-ci əlahiddə briqadası Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi üzrə birgə taktiki təlimlər həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

Təlimlər Azərbaycanın Kiyevdəki səfirliyinin ərazisindəki Heydər Əliyev parkında baş tutub. Onların gedişini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev izləyib.

Təlimlər zamanı səfirlik qarşısında partlayış səsləri eşidilib, bir qrup aqressiv əhval-ruhiyyəli gənc hərbçilərə "Molotov kokteyli" atıb və binaya keçməyə cəhd göstərib. Milli Qvardiya döyüşçüləri isə onların hücumunun qarşısını alıblar.

Ukrayna Milli Qvardiyasının 22-ci əlahiddə briqadasının diplomatik nümayəndəlik və konsulluq müəssisələrinin mühafizəsi üzrə komandiri Vitali Stetsik belə tədbirlərin müntəzəm olaraq keçirildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi