Ukrayna Elmlər Akademiyasında Xocalı soyqırımına dair tədbir keçirilib

Ukrayna Elmlər Akademiyasında Xocalı soyqırımına dair tədbir keçirilib Fevralın 25-də Ukrayna Milli Elmlər Akademiyasının V.Vernadski Ukrayna Milli Kitabxanasında (UMK) “Xocalı faciəsi beynəlxalq hüquq və bəşəri dəyərlər baxımından qeyri-insani haldır” adlı dəyirmi masa keçirilib.
Hadisə
26 Fevral , 2020 14:56
Ukrayna Elmlər Akademiyasında Xocalı soyqırımına dair tədbir keçirilib

Fevralın 25-də Ukrayna Milli Elmlər Akademiyasının V.Vernadski Ukrayna Milli Kitabxanasında (UMK) “Xocalı faciəsi beynəlxalq hüquq və bəşəri dəyərlər baxımından qeyri-insani haldır” adlı "dəyirmi masa" keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, UMK-nın, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə “Report” İnformasiya Agentliyi dəstək verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Honçaruk tarixi həqiqətlər, o cümlədən bəşəriyyətə qarşı törədilən cinayətlər haqqında biliklərin yayılmasına yardım edən bu cür tədbirlərin əhəmiyyətini qeyd edib: “Biz ukraynalılar Azərbaycan xalqını həmişə qardaş bilmişik, ona görə də azərbaycanlıların acısını hiss edirik. Bu gün Xocalı faciəsi haqqında danışarkən Azərbaycan xalqının kədərini bölüşür və bu azğın cinayəti törədənlərin cəzalanmasını tələb edirik. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının bir gün azad olunacağına, bu təczvüzda iştirak edib azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirənlərin layiqli cəza alacaqlarına inanıram”.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov tarixi həqiqətləri, o cümlədən tarixin qara səhifələrini ictimaiyyətə çatdırmağın, onlara müvafiq qiymət verməyin, belə hadisələrin bir daha baş verməməsi üçün səy göstərməyin vacibliyini qeyd edib, Xocalı faciəsi ilə bağlı şahidlərin xatirələrini səsləndirib.

Vernadski UMK-nin informasiya və xarici əlaqələr şöbəsinin müdiri Tatiana Arseyenko Azərbaycan xalqına başsağlığı verərək tarixi həqiqətləri Ukrayna ictimaiyyətinə çatdırmaqda hər cür kömək edəcəklərini vurğulayıb.

Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməçisi, şair Lesia Mudrak tarixində üzləşmiş faciələrlə baxmayaraq, Azərbaycan xalqının yenə də dünyanı bəşəri dəyərlərə çağırdığına, nadir ədəbiyyatı vasitəsilə bunu təbliğ etdiyinə diqqət çəkib.

Bununla yanaşı, bəzi ukraynalı alim və tədqiqatçılar da ürək sözlərini söyləyiblər.

Tədbirdə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Taras Şevçenko Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Azərbaycan qrupunun tələbələri də iştirak ediblər. Belə ki, Azərbaycan qrupunun 3-cü kurs tələbəsi Sofiya Nəzərova Xocalı qırğınından uşaq ikən sağ çıxmış bir qızın monoloqunu canlandırıb.

Tədbir çərçivəsində V.Vernadski UMK fondlarından Xocalı faciəsinə həsr olunan kitabların sərgisi də keçirilib. Həmçinin mövzuya dair bir sıra kitablar kitabxanaya bağışlanıb.

Son xəbərlər

Orphus sistemi