Yuxarı

​Ukraynada iki azərbaycanlı axtarışa verilib

​Ukraynada iki azərbaycanlı axtarışa verilib
Onlar Qəsdən sağlamlığa ağır zərər yetirmə maddəsi üzrə şübhəli bilinirlər

Bakı. 29 dekabr. REPORT.AZ/ Ukraynanın Nikolayevski vilayətində Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa ağır zərər yetirmə" maddəsi üzrə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü iki azərbaycanlı axtarışa verilib.

"Report" xəbər verir ki, 22 dekabr 2014-cü il tarixində Nikolayev şəhər təcili tibbi yardım xəstəxanasına üç kişi gətirilib.

Onlardan birinə alın sümüyünün sınığı diaqonozu qoyulub, digər iki nəfərdə isə dərinə nüfuz edən bıçaq yarası aşkar edilib. Onlar şəhərin Leninski rayonunda Novobuqski küçəsində yerləşən kafenin qarşısında baş verən dava zamanı bədən xəsarətləri alıblar.

Xatırladaq ki, dekabrın 22-də etnik azərbaycanlılar arasında kütləvi dava baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi