​Ufada mütəşəkkil cinayətkar qruplaşmasının üzvü olan azərbaycanlı azadlıqdan məhrum edilib

​Ufada mütəşəkkil cinayətkar qruplaşmasının üzvü olan azərbaycanlı azadlıqdan məhrum edilib Cinayətkar qrup Qazaxıstandan avtomobillərin qaçırılması ilə məşğul olub
Hadisə
8 Oktyabr , 2015 15:19
​Ufada mütəşəkkil cinayətkar qruplaşmasının üzvü olan azərbaycanlı azadlıqdan məhrum edilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Ufa şəhərində fəaliyyət göstərən və 5 nəfər Tacikistan, Azərbaycan, həmçinin Qazaxıstan əsilli şəxslərdən ibarət "Toyota Highlander" avtomobillərinin qaçırılması ilə məşğul olan cinayətkar qruplaşma üzvlərinə 3 il 2 aydan 5 il 5 aya qədər həbs cəzası verilməsi haqqında hökm çıxarılıb. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, yaşı 36-dan 43-dək olan əcnəbi vətəndaşlar küllü miqdarda oğurluq və bilərəkdən saxta dövlət qeydiyyat nişanlarından istifadə etmə maddələri ilə günahkar biliniblər.

Cinayətkarlar mühərrikin seriya nömrəsini pozaraq üzərinə yenisini vuraraq, daha sonra həmin avtomobilləri saxta dövlət nömrə nişanları ilə Qazaxıstanda satmağı planlaşdırırdılar.

Cinayətkarlaın fəaliyyətini Yekaterinburqda qruplaşma üzvlərindən birinin oğurlanmış avtomobili idarə edərkən saxlanmasından sonra ifşa etmək mümkün olub. 

Son xəbərlər

Orphus sistemi