Ucarda ZİL"KamAZ"a çırpılıb, mişar daşları yola səpələnib - FOTO

Ucarda ZİL"KamAZ"a çırpılıb, mişar daşları yola səpələnib - FOTO Ucarda yol qəzası baş verib.
Hadisə
4 Yanvar , 2020 12:38
Ucarda ZİLKamAZa çırpılıb, mişar daşları yola səpələnib - FOTO

Ucarda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı - Qazax yolunun rayonun Qaradağlı kəndidən keçən hissəsində qeydə alınıb. Mişar daşı ilə dolu "KamAZ" markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən, arxadan gələn ZİL markalı yük maşını ona çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb və mişar daşları yola səpələnib.

Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınlarına ciddi ziyan dəyib. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi