Ucarda yük maşını minik avtomobili ilə toqquşub, 1 nəfər ağır xəsarət alıb

Ucarda yük maşını minik avtomobili ilə toqquşub, 1 nəfər ağır xəsarət alıb Hadisə Ucar-Zərdab yolunun 2-ci km-də qeydə alınıb
Hadisə
4 İyun , 2017 21:31
Ucarda yük maşını minik avtomobili ilə toqquşub, 1 nəfər ağır xəsarət alıb

Ucar. 4 iyun. REPORT.AZ/ Ucar rayonunda yük və minik maşınlarının toqquşması nəticəsində 1 nəfər ağır xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun 2-ci km-də, rayonun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Ucar istiqamətində hərəkət edən, rayonun Yuxarı Şilyan kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Maləddin oğlu Rəsulovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili qarşı tərəfdən gələn "Kamaz"la toqquşub. Qəza nəticəsində sürücü N.Rəsulov ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi