Ucarda yük avtomobilləri toqquşub

Ucarda yük avtomobilləri toqquşub Ucar rayonunda yol qəzası baş verib
Hadisə
10 Mart , 2021 00:28
Ucarda yük avtomobilləri toqquşub

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Yevlax avtomobil yolunun Ucarın Bərguşad kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Fərid Pənahlının idarə etdiyi “KaMAZ” markalı yük avtomobili ilə 1959-cu il təvəllüdlü Ayaz Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “KaMAZ” aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

Fakta bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi