Ucarda yük avtomobilində baş verən yanğın söndürülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "QAZel" markalı, 90-GU-639 dövlət nömrə nişanlı yük maşınının sürücüsünün kimliyi bəlli olub. Bu, Şəki sakini, 1966-cı il təvəllüdlü Bayramov Əhməd Qurbanəli oğludur.
Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Fakt araşdırılır.
***23:31
Ucarda yük maşını yanır.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
"QAZel" markalı yük maşını hərəkətdə olarkən qəfil avtomobilin mühərrikində alovlanma başlayıb. Hadisə yerinə
Fakt araşdırılır.