​​​​​​​Ucarda yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb

​​​​​​​Ucarda yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
Hadisə
20 Fevral , 2021 22:02
​​​​​​​Ucarda yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb

Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi