Yuxarı

​Ucarda yol qəzası nəticəsində 3 nəfər maşında yanıb

Xilasedicilər 3 nəfərin meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıblar

Bakı. 6 dekabr. REPORT.AZ/ Ucarda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Əlikənd kəndində "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb və yanıb.

FHN-in müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Yanğının kəşfiyyatı zamanı avtomobildə sürücünün və şəxsiyyətləri məlum olmayan 2 nəfər (kişi) sərnişinin yanmış meyitləri aşkar olunub. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış 3 nəfərin meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıb və adiyyatı üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi