Ucarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - VİDEO - YENİLƏNİB-3

Ucarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - VİDEO - YENİLƏNİB-3 ​Ucarda yol qəzası baş verib, ölən var
Hadisə
8 May , 2019 19:57
Ucarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - VİDEO - YENİLƏNİB-3

Ucar rayonundakı yol qəzasında ölən şəxsin kimliyi məlum olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub.

Nəticədə "Ford" markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 17:19

Video əlavə edilib


*** 17:12

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonda QAZ və “Ford” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin  meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.


*** 16:34

Ucar rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi