Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var Ucar rayonunda yük maşını inəyi vurub.
Hadisə
6 Noyabr , 2019 21:16
Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Ucar rayonunda yük maşını inəyi vurub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Əsədov Teymur Arzuman oğlu "Ford" markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən onun qarşısına çıxan inəyi vurub. Nəticədə sürücü xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi