Ucarda baş verən qəzada xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB - VİDEO

Ucarda baş verən qəzada xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB - VİDEO Ucarda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
30 May , 2019 22:30
Ucarda baş verən qəzada xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB - VİDEO

Ucarda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, onlar 32 yaşlı Salyan sakini Vüsal Zakir oğlu Yəhyayev və 21 yaşlı paytaxt sakini Rəhimli Cavidan Yisin oğludur. 

Ucar Rayon Mərkəzi Xəstəxanasının həkimi Zahid Salahovun "Report"un yerli bürosuna verdiyi məlumata görə, hər iki xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam edir.


22:10

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Opel" markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb. Nəticədə hələ şəxsiyəti məlum olmayan 2 nəfər müxtəlif növ bədən xəsarətləri alaraq Ucar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi