Ucarda piyada yol qəzasında ağır xəsarət alıb

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb
Hadisə
351
26 Yanvar , 2022 20:18
Ucarda piyada yol qəzasında ağır xəsarət alıb

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Ucar rayon sakini Əsgərov Məhəmmədəli Tahir oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Alpı kənd sakini, 1983-cü il təvəllüdlü Quliyev Tufan Oktay oğlunu vurub.

Üç uşaq atası olan T.Quliyev ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Zərərçəkənə hər iki ayağının sınığı diaqnozu qoyulub. Ucar rayonunda travmatologiya şöbəsi olmadığından o, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi