Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb

Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb Sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şə
Hadisə
5 sentyabr 2022 06:31
Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb

Ucarda üzərinə benzin tökərək yandıran II dərəcə əlil ölüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II dərəcə əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi