Ucarda müəssisədən oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO

Ucarda müəssisədən oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO Dəstə üzvləri ogurladıqları mühərrik və avadanlıqları 30 manata satıblar
Hadisə
10 May , 2016 01:18
Ucarda müəssisədən oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO

Bakı. 10 may. REPORT.AZ / Ucar Rayon Polis Şöbəsinin həyata keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində rayon ərazisində oğurluqla məşgul olan dəstə zərərsizləşdirilib. "Report"un xəbərinə görə, Ucar ərazisində yerləşən müəssisələrdən birindən mühərriklərin və digər avadanlıqların oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət olunub.

Dərhal rayon polis şöbəsində əməliyyat axtarış qrupu yaradılıb. Şübhəli şəxs qisimində Nurlan Namiq oğlu Məmmədov, Nicat Qüdrət oğlu Cəfərov və Camal Cəbrayıl oğlu Camalov saxlanılıblar.

Saxlanılanların həmin müəssisədə işlədikləri məlum olub. İstintaq zamanı aydın olub ki, dəstə üzvləri ogurladıqları mühərrik və avadanlıqları metal və tullantıların qəbul sexinə 30 manata satıblar.

Onlar əldə etdikləri 30 manatı dəstə üzvlərindən birinin aptekə olan borcuna ödəyiblər.

Faktla bağlı AR CM-nin 1772.1 və 1772.3 maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi