Ucarda minik maşını yoldan çıxaraq aşıb - FOTO

Ucarda minik maşını yoldan çıxaraq aşıb - FOTO Ucar. 23 fevral. REPORT.AZ/ Ucar rayonunda maşın yoldan çıxaraq aşıb.
Hadisə
23 Fevral , 2019 00:28
Ucarda minik maşını yoldan çıxaraq aşıb - FOTO

Ucar. 23 fevral. REPORT.AZ/ Ucar rayonunda maşın yoldan çıxaraq aşıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, qəza axşam saatlarında Bakı-Qazax magistral yolunun 248-ci km-də, Ucar rayonunun "dördyol" adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək, yoldan çıxıb və nəticədə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hələlik onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi