Ucarda minik avtomobili su kanalına aşıb - FOTO

Ucarda minik avtomobili su kanalına aşıb - FOTO Ucar rayonunda yol qəzası baş verib.
Hadisə
15 May , 2019 17:50
Ucarda minik avtomobili su kanalına aşıb - FOTO

Ucar rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən traktorun yedəyinə çırpılıb. Nəticədə minik maşını yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi