Ucarda mikroavtobus qoyun sürüsünə girib, 42 heyvan tələf olub

Ucarda mikroavtobus qoyun sürüsünə girib, 42 heyvan tələf olub Ucar. 8 noyabr. REPORT.AZ/ Ucar rayonunda mikroavtobus qoyun sürüsünə girib.
Hadisə
8 Noyabr , 2018 12:38
Ucarda mikroavtobus qoyun sürüsünə girib, 42 heyvan tələf olub

Ucar. 8 noyabr. REPORT.AZ/ Ucar rayonunda mikroavtobus qoyun sürüsünə girib. 

Bu barədə "Report"un Şiravn bürosuna Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi