Yuxarı
    Bağlamaq

    Ucarda məzunlar yol qəzasına düşüb, xəsarət alanlar var - YENİLƏNİB

    Faktla bağlı araşdırma aparılır

    Ucar. 14 iyun. REPORT.AZ/ Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub. 

    "Report"un Şirvan bürosunun məlumatına görə, Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.

    Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri,  2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.


    ***16:09

    Ucar. 14 iyun. REPORT.AZ/ Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

    "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. 

    Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər - XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

    Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi