Ucarda karantini pozan şəxslər həbs edildi

Ucarda karantini pozan şəxslər həbs edildi Ucar Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Hadisə
8 Aprel , 2020 12:54
Ucarda karantini pozan şəxslər həbs edildi

Ucar Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, son üç gün ərzində polis əməkdaşları karantin rejimi qaydalarını pozduqlarına görə 86 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati protokol tətbiq ediblər.

Onlardan 83-ü inzibati qaydada 100200 manat məbləğində cərimə, 3-ü isə həbs olunub. 

Hazırda Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi