Bakı. 18 iyun. REPORT.AZ/ Ucarda qəza nəticəsində yaralananların adları məlum olub.
"Report" Şirvan bürosu xəbər verir ki, "Fiat" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşının sürücüsü, 1994-cü il təvəllüdlü Qurbanov Emin Akif oğlu, həmçinin sərnişin və ya sürücü olduğu hələlik bilinməyən 1994-cü il təvəllüdlü Həsənov İlqar Behbud oğlu xəsarət alıb.
19:30/17 iyun
Ucar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə 19:00 radələrində iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan şəxslər dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.