Ucarda dörd ay əvvəl itkin 82 yaşlı kişinin meyiti tapılıb

Ucarda dörd ay əvvəl itkin 82 yaşlı kişinin meyiti tapılıb ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
20 Aprel , 2017 12:03
Ucarda dörd ay əvvəl itkin 82 yaşlı kişinin meyiti tapılıb

Ucar. 20 aprel. REPORT.AZ/  Ucar rayonunda dörd ay bundan əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, meyit rayonun Qəzyan kəndi ərazisində su kanalında aşkar olunub. 

Belə ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində Qəzyan kənd sakini 1935-ci il təvəllüdlü Xəlil Əliyevin su kanalında meyiti aşkarlanıb.

Məlumata görə, X.Əliyev falçılıqla məşğul olub.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi