Ucar rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, Ucar rayon sakini, 1973-cü il təvəllüdlü Sənan Hacıyevın idarə etdiyi "Shachman" markalı yük maşını ilə Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Həsən Əlisalam oğlu Cavadlının idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili toqquşub.
Nəticədə Zərdab rayon sakinləri - 1973-cü il təvəllüdlü Sevil Nurəddin qızı Məmmədova və 1964-cü il təvəllüdlü Sevda Nurəddin qızı Cavadova Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
*** 18:27
Ucar rayonunda yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, "Shachman" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.
Nəticədə minik maşınında olan iki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




