Ucarda içərisində geyim əşyaları olan yük maşını yandı - FOTO - VİDEO

Ucarda içərisində geyim əşyaları olan yük maşını yandı - FOTO - VİDEO Ucar rayonu ərazisində yanğın hadisəsi baş verib.
Hadisə
11 mart 2020 20:00
Ucarda içərisində geyim əşyaları olan yük maşını yandı - FOTO - VİDEO
Report

Ucar rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun “dördyol” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi “Mercedes” markalı “TİR” hərəkətdə olan zaman yanıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.

Qeyd edək ki, yük maşınında geyim əşyaları olub. Yanğının başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi