Ucarda güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO

Ucarda güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO Hadisə zamanı xəsarət alan olmayıb
Hadisə
22 Aprel , 2016 14:00
Ucarda güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO

Bakı. 22 aprel. REPORT.AZ/  Ucar rayonunda güclü külək nəticəsində iri gövdəli ağac minik maşınının üstünə aşıb. 

"Report"un məlumatına görə, hadisə rayonun Oğuz küçəsində baş verib. Rayonun Bərgüşad kənd sakini Pünhan Abdurrahmanova məxsus olan "VAZ-2106" markalı minik maşınını yol kənarında saxlayaraq ətrafda olan bakomata yaxınlaşıb. Avtomaşından uzaqlaşan sürücü anidən ağacın ona məxsus olan minik maşının üstünə aşdığını görüb.

Dərhal şəhər icra nümayəndəliyinin işçi briqadası əraziyə cəlb olunub. Avtomaşının üzərinə aşan ağacı kəsib dograyaraq yolu təmizləyiblər. Təbii fəlakət səbəbindən ağacın altında qalan minik maşını yararsız hala düşüb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi