Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb Ucar rayonunda narkotik vasitə ilə tutulan şəxslərin digər cinayət əməllərinin üstü də açılıb.
Hadisə
226
6 Dekabr , 2021 16:26
Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Ucar rayonunda narkotik vasitə ilə tutulan şəxslərin digər cinayət əməllərinin üstü də açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan"Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Həbib Qasımov, Rəşad Seyfəddinli və Akşin Cəbrayılov saxlanılıblar.

Həmin şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb.

Belə ki, saxlanılan üç nəfər şəxs rayonun Qulabənd kənd sakini Xəyalə Peşmanova ilə qabaqcadan əlbir olaraq 2020-ci ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq oradan 3 500 manat dəyərində məişət əşyalarını oğurluq yolu ilə ələ keçiriblər.

Bundan əlavə R.Seyfəddinli ilə X.Peşmanovanın rayon ərazisində yerləşən digər bir evdən 9 800 manat pul, qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

X.Peşmanova da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

Oğurluq yolu ilə əldə olunan qənimətlərin əksəriyyəti dəstə üzvləri tərəfindən dəyərindən ucuz qiymətə satılıb, bir qismi isə maddi sübut kimi şöbə əməkdaşları tərəfindən götürülüb.

Saxlanılan şəxslər barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi