Ucarda evə girərək qadının əl-ayaqlarını bağlayaraq quldurluq edən şəxslər saxlanılıb

Ucarda evə girərək qadının əl-ayaqlarını bağlayaraq quldurluq edən şəxslər saxlanılıb Bakı. 14 may. REPORT.AZ/ Ucar rayonunda quldurluq törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Hadisə
14 May , 2018 15:11
Ucarda evə girərək qadının əl-ayaqlarını bağlayaraq quldurluq edən şəxslər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Ucar rayonunda quldurluq törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 17-də “102 - Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girən 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

DİN-in  Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. 

Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi