Ucarda əmisi qızına təcavüz edib öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

Ucarda əmisi qızına təcavüz edib öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb Ucarda qətl törətməkdə təqsirləndirilən İlkin Çıqqarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
3 Aprel , 2019 14:27
Ucarda əmisi qızına təcavüz edib öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb
0 : 00
0 : 00

Ucarda qətl törətməkdə təqsirləndirilən İlkin Çıqqarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Ucar rayonunda baş verib. Rayonun Qaradağlı kəndində 31 yaşlı Gülnar Həşimovanın başı kəsilərək su kanalına atılıb. Daha sonra qadının öz əmisi oğlu İ.Çıqqarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Belə ki, İ.Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib.

Məlumata görə, o, əmisi qızını qətlə yetirməzdən əvvəl ona təcavüz edib.

Onun barəsində Cinayət Məcəlləsinin 152-ci (seksual xarakterli digər hərəkətlər etmə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi