Ucarda əmisi qızına təcavüz edib öldürən şəxsin məhkəməsi başlayıb

Ucarda əmisi qızına təcavüz edib öldürən şəxsin məhkəməsi başlayıb Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda qətl törətməkdə təqsirləndirilən İlkin Çıqqarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
18 Aprel , 2019 12:31
Ucarda əmisi qızına təcavüz edib öldürən şəxsin məhkəməsi başlayıb

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda qətl törətməkdə təqsirləndirilən İlkin Çıqqarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Ucar rayonunda baş verib. Rayonun Qaradağlı kəndində 31 yaşlı Gülnar Həşimovanın başı kəsilərək su kanalına atılıb. Daha sonra qadının öz əmisi oğlu İ.Çıqqarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Belə ki, İ.Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib.

Məlumata görə, o, əmisi qızını qətlə yetirməzdən əvvəl ona təcavüz edib.

Ona qarşı Cinayət Məcəlləsinin 152-ci (seksual xarakterli digər hərəkətlər etmə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi