Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub - FOTO - VİDEO

Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub - FOTO - VİDEO Ucar. 11 dekabr. REPORT.AZ/ Ucar rayonunda yol qəzası baş verib.
Hadisə
11 Dekabr , 2018 17:13
Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub - FOTO - VİDEO
Report

Ucar. 11 dekabr. REPORT.AZ/ Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Bağırbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 27 yaşlı Fərman Ramiz oğlu Baxışovun idarə etdiyi "Renault" və Ucar rayon sakini, 47 yaşlı İxtiyar Əjdər oğlu Hümətovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Qəza nəticəsində sürücülər ağır xəsarət almasalar da, hər iki maşına ziyan dəyib.

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi