Ucarda dəmir yolu stansiyasında rels altlıqları və bolt-qayka oğurlanıb

Ucarda dəmir yolu stansiyasında rels altlıqları və bolt-qayka oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Avqust , 2017 11:59
Ucarda dəmir yolu stansiyasında rels altlıqları və bolt-qayka oğurlanıb

Bakı. 25 avqust. REPORT.AZ/ Ucar rayonunda dəmir yolu stansiyasında rels altlıqları və bolt-qayka oğurlanıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar Dəmir Yolu Stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.

V.İmamquliyevə məxsus “QAZ-2401” markalı avtomobilə baxış zamanı 25 ədəd rels altlığı və 19 ədəd bolt-qayka aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi