Ucarda dəmir parçası qadının kürəyindən girərək qarnından çıxıb - FOTO

Ucarda dəmir parçası qadının kürəyindən girərək qarnından çıxıb - FOTO Ucar rayonunda damdan yıxılan qadının kürəyinə armatur girərək qarın nahiyəsindən çıxıb.
Hadisə
19 Mart , 2019 12:18
Ucarda dəmir parçası qadının kürəyindən girərək qarnından çıxıb - FOTO
0 : 00
0 : 00

Ucar rayonunda damdan yıxılan qadının kürəyinə armatur girərək qarın nahiyəsindən çıxıb.

 "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Alpoud kəndində baş verib. 

 Belə ki, kənd sakini, 1980 ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damında təmizlik işləri apararkən müvazinətini itirərək yerə yıxılıb. 

Hadisə zamanı qadın yerdə torpağa basdırılmış dəmir armaturun üstünə düşüb. Dəmir armatur Q.Abbasovanın kürək nahiyəsinə bataraq qarın nahiyəsindən çıxıb. 

Ağır bədən xəsarəti alan qadın yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yaralı qadının üzərində cərahiyyə əməliyyatı aparılaraq armatur qadının bədənindən çıxarılıb.  

Xəstəxanadan verilən məlumata görə, Q.Abbasova Reanimasiya şöbəsinə yerləşdilib, vəziyyəti orta ağırdır.

Son xəbərlər

Orphus sistemi