Bakı. 22 mart. REPORT.AZ/ Gecə saatlarında Ucar rayonunun Təzə Şilyan kəndinə canavarlar hücum edib.
"Report" xəbər verir ki, yırtıcılar yerli sakin Təhmasib Məmmədovun həyətində olan tövləyə girərək qoyunları parçalayıblar.
Canavarların hücumu nəticəsində 10 baş xırdabuynuzlu tələf olub, 20-dən çoxu yarımcan olub.
Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb. Ərazi dezinfeksiya edilib.