Ucarda bıçaqlanma olub, ölən var

Ucarda bıçaqlanma olub, ölən var Hadisənin hansı şəraitdə baş verməsi hələ ki, dəqiq məlum deyil
Hadisə
212
14 Aprel , 2021 17:44
Ucarda bıçaqlanma olub, ölən var
0 : 00
0 : 00

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Ağır bıçaq xəsarətləri ilə rayon sakinləri - 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi hələ ki, dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi