Yuxarı
    Bağlamaq

    Ucarda avtomobil velosipedçini vuraraq öldürüb

    Ucar. 8 noyabr. REPORT.AZ/ Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report”un Şirvan bürosu xəbər verir ki, Qazıqumlax-Qaradağlı kəndləri istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı minik maşını velosipeddə olan rayon sakini Abdullayev Xalid Sədri oğlunu vuraraq ona ağır xəsarət yetirib. Nəticədə velosipedçi yerindəcə keçinib.

    Faktla bağlı araşdırma aparılır.

    Bundan əvvəl Goranboyda məktəblini avtomobil vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi