Ucarda avtomobil su kanalına aşıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB-2

Ucarda avtomobil su kanalına aşıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
23 Fevral , 2019 16:44
Ucarda avtomobil su kanalına aşıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB-2
Report

Video əlavə olunub

*** 16:19


Ucar. 23 fevral. REPORT.AZ/ Ucar rayonunda yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.  

"Report"un Şirvan bürosu xəbər verir ki, ölən sürücü Zərdab şəhər sakini, 1974-cü il təvəllüdlü Ceyhun Calal öğlu Ömərov və xəsarət alan sərnişin isə Ucar rayonunun Qəzyan kənd sakini, 1998-ci il təvəllüdlü Kamran Yaşar oğlu Hüseynovdur. 


*** 14:35

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab magistralında baş verib.

Belə ki, Zərdab rayonu istiqamətində hərəkətdə olan "VAZ-21170" markalı avtomobil idarəetmədən çıxaraq yolkənarındakı su kanalına aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir. Onun şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi