Ucarda 40 yaşlı qadın sirkə turşusu içərək ölüb

Ucarda 40 yaşlı qadın sirkə turşusu içərək ölüb Ucar sakini sirkə turşusu içərək ölüb.
Hadisə
6 mart 2020 07:22
Ucarda 40 yaşlı qadın sirkə turşusu içərək ölüb
google.az

Ucar sakini sirkə turşusu içərək ölüb. 

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Ramal kəndində baş verib. 

Kənd sakini, 1980-cı il təvəllüdlü Ramilə Oktay qızı Hüseynova sirkə turşusu içib. O, Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq R.Hüseynova xəstəxanada ölüb. 

Hələlik hadisənin hansı zəmində baş verməsi məlum deyil.

Faktla bağlı araşdırmaya başlanılıb.

Son xəbərlər

Orphus sistemi