Ucarda 27 yaşlı gənci avtomobil vurub

Ucarda 27 yaşlı gənci avtomobil vurub Ucar rayonunda 27 yaşlı gənci avtomobil vurub.
Hadisə
12 İyun , 2019 13:07
Ucarda 27 yaşlı gənci avtomobil vurub

Ucar rayonunda 27 yaşlı gənci avtomobil vurub.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb.

Belə ki, rayonun Qəzyan kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Əlhüseyn oğlu Rəhimovu yolu qarşı tərəfə keçərkən "VAZ-2107" markalı avtomobil vurub. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi