Ucarda 10 yaşlı uşaq ehtiyatsızlıqdan boğularaq ölüb

Ucarda 10 yaşlı uşaq ehtiyatsızlıqdan boğularaq ölüb Hadisə o ağacdan ip asarkən baş verib
Hadisə
30 İyun , 2017 00:39
Ucarda 10 yaşlı uşaq ehtiyatsızlıqdan boğularaq ölüb

Ucar. 30 iyun. REPORT.AZ/ Ucar rayonunun Alpı kəndində bədbəxt hadisə baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə 2007-ci il təvəllüdlü kənd sakini Vaqif Akşin oğlu Quliyev yaşadığı evin həyətində oynamaq üçün ağacdan ip asarkən qeydə alınıb.

Bu zaman ip ehtiyatsızlıqdan onun boğazına dolanıb. Nəticədə V.Quliyev boğularaq dünyasını dəyişib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi