Ucar sakini qaçırdığı qızın anasına xəsarət yetirib

Ucar sakini qaçırdığı qızın anasına xəsarət yetirib Faktla bağlı araşdırmalara başlanıb
Hadisə
15 İyul , 2016 18:33
Ucar sakini qaçırdığı qızın anasına xəsarət yetirib

Ucar. 15 iyul. REPORT.AZ/ Ucar rayonunda 27 yaşlı qız həmyerlisi tərəfindən qaçırılıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun H.Aslanov küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Rüfət Ağarza oğlu Rzayev həmyerlisi, 1989-cu il təvəllüdlü Sevinc Xalif qızı Şükürovanı qaçırıb. R.Rzayev qızının qaçırılmasına müdaxilə edən anası Sevil Şükürova və əmisi arvadı Səlimə Şükürovaya xəsarət yetirib. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktlıa bağlı Ucar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi